ADP sədri MSK-ya şikayət edib

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd olmuş Sərdar Cəlaloğlu Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. SİA-ya partiyanın mətbuat xidmətindən verilən məlumata görə, şikayətdə həmin dairədə seçkilərin nəticəsi ilə bağlı dairə seçki komissiyasının qərarının ləğv edilməsi tələb olunur.

Məlimatda bildirilib ki, şikayət ərizəsində seçki məcəlləsinin tələblərinin pozulması ilə bağlı faktlar göstərilib. Şikayət ərizəsi ilə bağlı S. Cəlaloğlu bu sözləri deyib: "Bu faktların əksəriyyəti cinayət xarakterlidir və bu cinayət əməllərini törədən dairə, məntəqə sədrləri və digər məsul şəxslər barədə cinayət işinin başlanması haqqında ayrı-ayrı məhkəmə instansiyalarına müraciət olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə