Baş nazir: "Türkiyədə nazirliklərin sayı azalacaq"

Baş nazir: "Türkiyədə nazirliklərin sayı azalacaq"

Türkiyədə nazirliklərin sayı azalacaq. SİA-nın türk KİV-lərinə istinadən verdiyi məlumata səasən, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib.

Türkiyənin baş naziri bildirib: "Təbii ki, buna sonda ölkə başçısı qərar verəcək, ancaq onun azalma fikrində olduğunu bilirəm".

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə