Pol Ville: “Hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passiv işlər görməkləri ilə seçilirdi” - MÖVQE
Yeni Azərbaycan Partiyası seçki kampaniyasını ictimai marağa səbəb ola biləcək şəkildə keçirdi. SİA-nın xəbərinə görə, bunu AŞPA-nın, ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə missiyalarının birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville deyib. Onun sözlərinə görə, hakim partiyanın namizədləri əsasən təbliğatlarını seçicilərlə görüşüb, müzakirələr aparmaq prinsipi üzərində qurdular.
Eyni zamanda P.Ville vurğulayıb ki, heç bir müxalifət partiyası və yaxud blokunun qeydiyyata alınmış namizədlərin sayı 60-dan yuxarı olmadığı halda, yalnız iqtidar partiyası İctimai TV və dövlət tərəfindən mailiyyələşdirilən qəzetlərdə pulsuz efir vaxtı və yerdən istifadə etmək hüququ qazandı. Avropalı diplomat deyib ki, hakim partiyanın pulsuz efir vaxtından imtina etməsini rəqabətin balanslaşdırılan formada aparılmasının göstəricisi hesab etmək lazımdır.
YAP tərəfindən irəli sürülən namizədlərin hər birinin uğurlu və səmərəli təşviqat kampaniyası apardığını və bunun Kütləvi İnformasiya Vasitələrində geniş işıqlandırıldığını qeyd edən P.Ville bildirib ki, bu istiqamətində müxalifətin gördüyü işlər demək olar ki, müşahidə olunmurdu: "Hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passiv görünməkləri ilə seçilirdi. Halbuki bütün namizədlərə bərabər şərait yaradılmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB