Cümşüd Nuriyev: “Beynəlxalq təşkilatların ölkə daxilində bir söz deyib kənarda başqa söz demələri yol verilən bir şey deyil”
"Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin necə və hansı səviyyədə olmasına Azərbaycanın daxilində qiymət verməli idilər. Onların ölkə daxilində bir söz deyib kənarda başqa söz deməsi yol verilən bir şey deyil". Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında əlavə edib ki, həmin təşkilatın üzvləri dairələrdə qeydə aldıqları neqativ halları məhz həmin an elan etməli idilər. Eyni zamanda onların fikrindən asılı olmayaraq Mərkəzi Seçki Komissiyası 3 məntəqənin nəticələrini ləğv edib. Bundan əlavə, başqa məntəqələrin qərarlarının ləğv olunmaması ilə bağlı zəmanət yoxdur: "Ona görə vaxtından qabaq bu cür bəyanatların verilməsi, Azərbaycan dövlətinin marağına uyğun gəlmir".
Siyasi icmalçı deyir ki, MSK seçkilərin nəticələrini təsdiqləməyib və daxildə söz deyilmədiyi halda xaricdə hər hansı bir fikirin formalaşması heç bir hüquqi sənəddə göstərilməyib. C. Nuriyev vurğulayıb ki, bu cür bəyanatlar vəziyyətin gərginləşdirilməsinə yönələn bir addımdır: "Azərbaycan üçün tutulan mövqenin özü qərəzlidir. Yəni Azərbaycanın bütün dünyada formalaşdığı bir vaxtda müxtəlif mövqelərdən çıxış etmək özü də səhvdir. Qanun pozuntuları ilə bağlı konkret dairələr üzrə məlumat versəydilər, bu düzgün olardı. Onlar özləri də etiraf etdilər ki, seçkilər texniki və sakitçiliyin qorunması cəhətdən yüksək səviyyədə keçib və MSK ilk dəfə olaraq qeydə alınmayan adamaları özü qeydə alıb. DSK-larda müəyyən pozuntular olub, lakin bunun bir hissəsini MSK, digər hissəsini Konstitusiya Məhkəməsi aradan qaldırıb. Hələlik Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini qəbul etməyib. Seçkilər barəsində nəsə qərar vermək düzgün deyil. Əgər burada qərarları ləğv olunan seçki məntəqələrinin sayı çox olacaqsa, burada hansı başqa fikirdən danışmaq olar? Mənim səmimi fikrim budur".
Seçkilərin gedişatına gəldikdə isə, C.Nuriyev bəzi yeniliklərin Azərbaycan seçki praktikasında yeni bir mərhələ olduğunu bildirib. O qeyd edib ki, namizədin təmsil etdiyi partiyadan asılı olmayaraq, hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Politoluqun fikrincə, bütün müsbət hallara baxmayaraq namizədlər platformalarından çox öz təqdimatını aparır və yaxud bir-birinə hücum edib əsəbləşdirmək istəyirdilər: "Bu Azərbaycanda yanlış siyasətdir. Bunu kökündən dəyişmək lazımdır. Eyni zamanda, namizədlərin kommunal problemlərinin həllini öz platformasına daxil etməsi də düzgün deyil".
C.Nuriyev həmçinin bəzi namizədlərin seçkidə iştirakının düzgün olmadığını bildirib: "Burada bəzi millət vəkilləri seçkidə iştirak etməli deyildilər, onların iştirakı xüsusilə Yeni Azərbaycan Partiyasını müəyyən mənada çətinə salır. Çünki bu adamlar beş ildə bir dəfə də danışmayıblar və yenidən namizədliklərini irəli sürməklə həm YAP-ı çətinə saldılar, həm də Azərbaycanda gərginlik yaratmağa çalışdılar. Azərbaycan prezidentinin gördüyü bütün işləri bəzi adamlar öz adlarına çıxarmağa çalışdılar. Bu da yol verilən bir şey deyil. Bunların mənimsəmək siyasətini bilərəkdən həyata keçirməsi Azərbaycanın imicinə ziyan idi. Ümumilikdə heç kəs gözləmirdi ki, canlı efirdə dörd dəqiqəlik efir vaxtı veriləcək. Yəni bu Azərbaycanda seçkinin demokratik keçirilməsi üçün və namizədlərin öz fikirlərini izah etmələri üçün gözəl bir imkan idi. Bəs namizədlər nə etdi? Çox biabır bir vəziyyət yaratdılar. Yəni hay-küy salanların əksəriyyətindən soruşmaq lazım idi ki, sənin platforman varmı? Müxalifətin bütün platforması tənqid üzərində qurulub. Bunlarla bağlı Prezident İlham Əliyev heç bir reaksiya vermədi. Demokratiya istəmirdilər? İstədiklərini dedilər... MSK-nın qapılarıda açıq idi. Amma bütün hallarda seçkilərdə bu şəkildə ən azı Azərbaycan dövlətinin marağına uyğun gəlməyən şəxslərin seçilməsi düzgün deyildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB