Prezident Administrasiyasının şöbə müdiri: “Ümid edirik ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və normalar əsasında və qarşılıqlı güzəştlər əsasında həll olunacaq” - MÜNASİBƏT
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Sergey Lebedevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediyi nikbin fikirlərə toxunub.
SİA-nın məlumatına görə, o bildirib ki, son dövrlər müxtəlif formatlarda keçirilən görüşlər, həmçinin prezidentlərin Həştərxan görüşü sonrakı proseslərə müəyyən ümidlər yaradır. "Cənab prezident dəfələrlə bəyan edib ki, danışıqların effektiv nəticə vermədiyini görsək, o zaman danışıqları dayandıracağıq" deyən Ə.Həsənov ümid etdiyini bildirib ki, bu istiqamətdə gələcəkdə irəliləyiş olacaq və ermənilər nəhayət ki, konstruktiv mövqeyə gələcəklər: "Ümid edirik ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və normalar əsasında və qarşılıqlı güzəştlər əsasında həll olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB