Əli Həsənov: “ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatı Azərbaycanı təəssüfləndirir” - RƏSMİ MÖVQE

Əli Həsənov: “ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatı Azərbaycanı təəssüfləndirir” - RƏSMİ MÖVQE

"Azərbaycan hökuməti bu ilki seçkiləri tam demokratik, ədalətli və şəffaf seçkilər kimi dəyərləndirir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Seçkilərin demokratik keçirildiyini demək üçün kifayət qədər əsasların olduğunu deyən Ə.Həsənov bildirib ki, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi Parlament Assambleyası, MDB, Türk Ölkələri Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar, seçkilərin monitorinqini aparan qurumların əksəriyyəti seçkiləri ədalətli və şəffaf seçkilər kimi dəyərləndirib: "Onlar belə bir açıqlama veriblər ki, seçki məntəqələrinin 10 faizində seçkilər tələblərə uyğun keçirilib, 10 faizində isə müəyyən nöqsanlar müşahidə edilib. Bütün siyasi partiyalar, bitərəflər, bir sözlə bütün maraqlı tərəflər seçkilərdə iştirak edib. Seçki müddətində bütün namizədlərə bərabər şərait yaradılıb".

ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin də münasibət bildirdiyini deyən Ə.Həsənov qeyd edib ki, Dövlət Departamentinin bəyanatından təəssüflənir: "Təssüflənirik ki, ABŞ-ın bu bəyanatında seçkilərlə bağlı müəyyən subyektiv mülahizələrə yer verilib. Onların dəyərləndirilməsi əksər beynəlxalq təşkilatların dəyərləndirməsindən xeyli fərqlənir. Seçkilərin beynəlxalq normalara uyğun keçirilməməsi ilə bağlı fikirləri Azərbaycanı təəssüfləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə