Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr olunmuş poçt markası artıq hazırdır

Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr olunmuş poçt markası artıq hazırdır
Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş marka hazırlanıb. SİA-nın məlumatına görə, markanı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti hazırlayıb. Sözügedən marka artıq poçt dövriyyəsinə buraxılıb. Markanın nominal dəyəri 0,6 manat, tirajı isə 100 min nüsxə təşkil edir. Qeyd edək ki, 2010-cu ilin dekabr ayında akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur. Xatırladaq ki, noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə