Nyu-York ofisinin Sənədli Fotolar layihəsinin direktoru Yukiko Yamagata Azərbaycan Tələbələr Birliyinin (ATB) ofisində Açıq Cəmiyyət İnsitutu Yardım Fondunun (ACİYF) qonağı olub. Bilrikdən SİA-ya verilən məlumata görə, qonaq ATB-nin fəaliyyəti ilə tanış olmuş, müxtəlif məsələlərlə bağlı müzakirələr aparıb.
Qonaq foto vasitəsilə cəmiyyətdə müəyyən problemləri göstərməyin mümkün olduğunu və bunun üçün QHT-lər, fərdi şəxslərin öz fəaliyyətlərini qurmalı olduğunu nəzərə çatdırıb. Həmçinin, xanım Yukiko Yamagata Azərbaycan da daxil olmaqla 10 ölkədə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qrant müsabiqəsi elan etdiyini qeyd edib. Qrant müsabiqəsi sənədli fotolar vasitəsilə sosial problemlərin həllinə və insan hüquqlarına dəstək olmağı nəzərdə tutur. Qrant müsabiqəsinin azərbaycanlı gənclər arasında yayılması üçün ATB ACİYF-a kömək edəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB