Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizə səfərə gəlib

Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizə səfərə gəlib
Küveyt dövlətinin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını, daha sonra isə Şəhidlər xiyabanını ziyarət edib.

Qeyd edək ki, noyabrın 11-də qonaqların iştirakı ilə "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda dəyirmi masa keçiriləcək. Həmin gün Küveyt nümayəndə heyəti Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşəcəklər.

Noyabrın 12-də isə qonaqlar Səbail rayonundakı 134 saylı orta məktəb və uşaq bağçası, Nizami rayonundakı 1 saylı uşaq evi ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə