Levon Ter-Petrosyan: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar faktiki olaraq başqa formatda keçirilir”

Levon Ter-Petrosyan: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar faktiki olaraq başqa formatda keçirilir”

"ATƏT Minsk qrupunun səylərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar faktiki olaraq başqa formatda keçirilir". SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan dünən müxalifətin mitinqində çıxışı zamanı deyib. O, bildirib ki, oktyabrın 27-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü də bunu sübut edir.

Xəbərdə bildirilir ki, L.Ter-Petrosyan son iki il ərzində mövqeyini dəyişib: "O, əvvəllər bəyan etdi ki, Qarabağ konfliktinin həllinin açarı Vaşinqtondadır. İndi isə o bu açarın Moskvada olduğunu dilə gətirib".

Qeyd edək ki, oktyabrın 27-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü bu formatda yeddincidir. Bu görüşlərin üçü keçən il baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə