Bu gün Atatürkün vəfat etməsinin 72-ci ildönümüdür. SİA-nın məlumatına görə, Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib. Türkiyə Cumhuriyyətinin (TC) qurucusu olan Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olan Mustafa burada təhsil alarkən məktəbin riyaziyyat müəllimi ona mükəmməl mənasına gələn "Kamal" adını verir.
O 1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olub. 1899-cu ildə İstanbul "Mekteb-i Harbiye-i Şahane"yə (Hərbi Akademiya) daxil olub və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun olub.
Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib. Daha sonra müxtəlif vəzifələrdə çalışan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.
1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qəbri (Anıtkabir) Türkiyənin paytaxtı Ankara şəhərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB