“Faktlar ABŞ-ın hesabatının ciddiliyini sual altına alır” AÇIQLAMA

“Faktlar ABŞ-ın hesabatının ciddiliyini sual altına alır” AÇIQLAMA

ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş qərəzli iddialar irəli sürülüb.

Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov SİA-ya bu halın birinci dəfə olmadığını, məqsədli şəkildə təkrarlandığını deyib: “Biz ABŞ Dövlət Departamentinin son 10 ildə insan haqlarının durumuna dair” qəbul etdiyi hesabata baxsaq görərik ki, konseptual dəyişikliklər yoxdur. Bəzi əlavələr istisna olmaqla konsept eynidir. Məsələ burasındadır ki, ABŞ-ın bu hesabatı reallığa uyğun deyil, görmək istədiyi formada hazırlayır. Bu gün dünyada ən çox hüququ pozulanlar elə müsəlmanlardır. Ancaq hesabat hazırlanarkən Qərbdəki pozuntular birmənalı olaraq nəzərə alınmır.

Azərbaycana gəldikcə isə ABŞ artıq çoxdan başa düşüb ki, Yaxın Şərqə tətbiq edilən ssenarini burada reallaşdırmaq mümkün deyil. Bu mənada əllərində olan yeganə vasitə kağız üzərində qalan hesabatları hazırlamaq, ölkəmizin imicini dünya ictimaiyyəti arasında ləkələməkdən ibarətdir. Prezidentin köməkçisi Əli Həsənov bu hesabata kifayət qədər geniş münasibət bildirdi. O, haqlı olaraq hesabatın tendensiz xarakter daşıdığını dedi. Hesabatda əsas mənbə kimi ölkəmizdə fəaliyyət göstərən “bəzi QHT-lər”, “bəzi media qurumaları” göstərilir. Bu gün Azərbaycanda yüzlərlə QHT və media qurumu var. Gəlin həm onların, həm də bizim mütəxəssislərin iştirakı ilə birgə sorğu edək. Görək hansı QHT ABŞ Dövlət Departamentinə bu barədə xüsusi arayış yazıb və hansı media nümayəndələri bu arayışı təsdiqləyiblər. Bəli, bu gün Azərbaycanda 1 milyondan artıq insanın bütün hüquqları pozulub. Ailələri məhv edilib, mülkləri dağıdılıb, evləri əllərindən alınıb, psixoloji və mənəvi təzyiqlərə məruz qalıblar. Niyə hesabatda bir dəfə də olsun bu barədə heç nə qeyd edilmir? Niyə 1 milyon vətəndaşımızın hüquqlarının bərpası üçün BMT tərəfindən qəbul edilən qətnamələr icra edilmir? Bu faktlar ABŞ Dövlət Departamentinin hesabatının ciddiliyini sual altına alır. Bu həm də ölkəmizə qarşı həyata keçirilən ikili standartın açıq nümayişidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə