Urmiyə gölü quruyur

Yaxın Şərqin Xəzər dənizindən sonrakı ən böyük gölü quruyur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dünyanın ikinci böyük duzlu gölü olan İrandakı Urmiyə gölünün su səthinin yarıdan çoxu buxarlanıb.

İranın Qərbi Azərbaycan əyalətində yerləşən və 5200 kvadrat kilometr sahəsi olan Urmiyə gölünün 60 faizinin buxarlandığı bildirilir. YUNESKO-nun beynəlxalq əhəmiyyətli dəniz canlılarının yaşadığı biosfer hövzəsi kimi qeydə aldığı göl 1984-cü ildən bəri hər il kiçilir.

Gölün keçmişdəki sahilindən indiki sahilinə getmək düz 10 dəqiqə çəkir. Suyun çəkildiyi yerlər çölə çevrilir. Göldə duzluluq səviyyəsi isə 20 dəfə artıb. Bölgədə 17-si tikilməkdə olan 21 bənd var və bəzi ehtimallara görə, gölün qurumasının səbəbi də budur.

Bütün xəbərlər Facebook səhifəmizdə