İranın qərb ölkələri ilə keçirəcəyi görüşün yeri və vaxtı müəyyən olunub

İranın qərb ölkələri ilə keçirəcəyi görüşün yeri və vaxtı müəyyən olunub

İranın qərb ölkələri ilə keçirəcəyi görüşün yeri və vaxtı müəyyən olunub. SİA-nın məlumatına görə, İranın xarici işlər naziri Mənuçöhr Mottəki görüşün 15 Noyabrda Türkiyədə baş tutacağını deyib.

Görüşlər İran ilə ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya arasında reallaşdırılacaq.

Mənuçöhr Mottəki müzakirələr üçün Türkiyənin məqsədəuyğun yer olduğunu bildirib: "İranın nüvə proqramı ilə əlaqədar bir çox təşkilatlarla əməkdaşlıq edirik. Bu müzakirələr bizim üçün əsasdır və bunun üçün ən uyğun yerin Türkiyə olduğuna qərar vermişik".

Bütün xəbərlər Facebook səhifəmizdə