Dövlət Bayrağı Günü Naxçıvanda qeyd olunub

Dövlət Bayrağı Günü Naxçıvanda qeyd olunub

AMEA Naxçıvan bölməsində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, bölmənin sədri, akademik İsmayıl Haciyev çıxış edərək deyib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üç rəngli bayrağımğz Sovet hakimiyyəti dövründə dəyişdirilib. Sovet İttifaqının hələ də fəaliyyət göstərdiyi 1990-cı il noyabrın 17-də milli bayrağımız ümümmilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qəbul edilib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2007-ci ilin 17 noyabrında Bayraq Meydanının yaradılması haqqında sərəncam imzalamış və 2010-cu il sentyabrın 1-də dünyada anoloqu olmayan bayraq meydani xalqın istifadəsinə verilib. Bakı şəhərində 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi olan milli bayrağımız dalğalanır. Dövlətimizin başçısının Sərəncamı ilə hər noyabrın 9-u ölkəmizdə Bayraq günü kimi qeyd edilir.

Heydər Əliyev dövlət müstəqilliyimizi qoruyub saxlamaqla Azərbaycanı dünyaya tanıtmışdır. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi inkişafı davam etdirmək və müstəqilliyi dahada möhkəmləndirmək üçün dövlət rəmzlərinə xüsusi diqqət yetirlir. Sonra

Heydər Əliyevin Naxçıvandakı fəliyyətindən bəhs edən video film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə