Aydın Mirzəzadə: “Azərbaycanda xalqla-iqtidarın birliyi nümayiş olunur" MÜNASİBƏT
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində dediyi fikirləri hər bir Azərbaycan vətəndaşı özünün real həyatı ilə təsdiqləyir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, son 15 ildə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi zəngin mirası daha da çoxaltdıq: “Azərbaycan dövlətçiliyini möhkəmləndirdik, iqtisadiyyatımız gücləndi, bir milyona yaxın yeni iş yeri yaradıldı, ölkəmiz beynəlxalq aləmdə siyasi nüfuzunu daha da artırdı. Bu gün Azərbaycanın region və dünya məsələləri ilə mövqeyi diqqətlə gözlənilir və hörmətlə yanaşılır. Cənab Prezident öz inaqurasiya çıxışında eyni zamanda Azərbaycanın gələcəyə yönələn siyasətinin əsas istiqamətini də vurğuladı. Bu müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın daha da güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi, Azərbaycan dövlətinin hər bir vətəndaşının qayğı ilə yaşamasının elan edilməsi və s. idi. Bu gün Azərbaycanla yanaşı paralel olaraq işğalçı Ermənistanın da paytaxtında yeni rəhbərin seçilməsi prosesi gedir. Ancaq orada olan ciddi qarşıdurma, cəmiyyətin Sarkisyan rejiminə qarşı etirazı siyasi və mənəvi cəhətdən parçalanmış bir şəkildə baş verirsə Azərbaycanda isə əksinə xalqla-iqtidarın birliyi nümayiş olunur. Azərbaycanda demokratik inkişaf ölkə cəmiyyətinin bağlılığı istiqamətində baş verir. Yeddi ilə Azərbaycanın inkişafının daha möhtəşəm olacağı və hər bir vətəndaşın ətrafında baş verən posesləri öz gözü ilə görməsi ilə daha da möhkəm olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB