"Siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillər müşahidə olunur"

"Siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillər müşahidə olunur"

"Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir". SİA-nın xəbərinə görə, bu fikirləri Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaq

"Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm", - deyə ölkə başçısı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə