Ermənistanda nümayişlər başlayıb. Xalq keçmiş prezident Serj Sarkisyanın baş nazir olmasına etiraz olaraq İrəvan küçələrinə axışmaqdadır. Ümumiyyətlə, son bir neçə ildə bu ölkədə bənzər nümayişlər tez-tez təkrar olununur. Lakin hələlik Sarkisyan rejimi ən sərt yollara əl ataraq xalq etirazlarının qarşısını ala bilib. Fakt odur ki, bu dəfə nümayişlər Sarkisyan klanına növəti zərbədir. Sadə ermənilər bununla bir daha mövcud hakimiyyətin planlarının rahat şəkildə işləməyəcəyinin anonsu verir. Atıq müxalifət tərəfindən akisyalara ad da verib - “Xalq məxməri inqilabı”.
İnqilabın əsas təşkilatçılarından biri isə indiki vəziyyətdə müxalifətin lideri kimi ön sırada dayanan və nümayişlərin təşkilatçısı olan Nikol Paşinyandır. Beləliklə, İrəvanda yeni bir inqilab tarixə yazılmaqdadır. Xalq üsyanı isə hər gün daha da sərt xarakter alır. Ermənistanın paytaxtının əsas küçələrinə texnikalar yeridilib, etirazçılar tərəfindən dövlət binaları, parlamentdə təmsil olunan hakimiyyət yönlü millət vəkillərinin mənzilləri üsyançıların nəzarəti altındadır. Hətta Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın nümayişçilər tərəfindən mühasirəyə alındığı binadan kənara çıxa bilməməsini əks etdirən fotolar da yayılıb. Sadalanan faktlar İrəvandakı siyasi vəziyyətin mətbuata sızan az bir hissəsidir. Bəs etirazlar nə ilə nəticələnə bilər?
Hələlik görünən odur ki, Serj Sarkisyan klanı yenə də erməni cəmiyyətinin tələblərinə saymazyana cavab verir. Bütün bu siyasi gərginliyin fonunda artıq Ermənistanın keçmiş prezidentinin parlametndə baş nazir kimi namizədliyi irəli sürülüb. Yəni rejim öz xalqına meydan oxuyur. Əslində Sarkisyan üçün bu qeyi-adi hal deyil. O, xalq tərəfindən nəinki sevilmədiyini, ona nifrət edildiyini çox gözəl bilir. Və imkan düşdükcə onu sevməyən milyonlarla ermənidən qisasını alır. 2008-ci il də nümayişçilərin öldürülməsi, 2013-cü il də növbəti represiya syasəti Sarkisyan hakimiyyətinin ermənilər üçün hazırladığı "öldür, qorxut və hökm et" siyasətinin tərkib hissəsidir. Hazırki nümayişlərin də sonu məhz buna aparır.
Bir də Rusiya amili var. Fakt odur ki, Moskva Sarkisyan rejiminin arxasında dayanıb. Rusiya regionda öz siyasi kursunu davam etdirmək üçün Sarkisyandan alət kimi məharətlə istifadə edir. Siyasi mənzərəyə nəzər salmaq reallığı görmək üçün kifayətdir. Ermənistan müstəqilliyini itirməklə Rusiyanın forpostna çevrilib, bu ölkədə Kreml öz hərbi bazasını yerləşdirib, İrəvan üzərindən Bakıya təzyiq forması kimi istifadə olunur, qərb Ermənistanın kölə siyasətinin nəticəsində Qafqazda öz maraqlarını həyata keçirə bilmir. Bütün bunlara məhz Köçəryan və Sarkisyan klanı şərait yaradıb. Moskvada isə yeni bir Sarkisyanın hazırlanmasına itiriləcək vaxt yoxdur. Qısası bu gün sadə ermənilərin seçim şansı sıfıra endirilib. Ya hakimiyyət qanla dəyişilməli və ya getdikcə müflisləşən ermənilər daha 5 il də süründürülməlidir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB