Ermənistanda 68 aksiya iştirakçısı saxlanılıb

Ermənistanda 68 aksiya iştirakçısı saxlanılıb

Bu gün Yerevan polisinin müxtəlif şöbələrinə etiraz aksiyasının 68 iştirakçısı gətirilib. SİA-nın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu gün bir neçə yüz nəfər sabiq prezident Serj Sarksyanın hökumət başçısı təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan parlamenti səs çoxluğu ilə Sarqsyanı hökumət başçısı seçib. Ermənistanın prezidenti Armen Sarkisyan təyinat barədə fərman imzalayıb. Bundan sonra N.Paşinyan bildirib ki, etiraz aksiyaları davam etdiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə