Ermənistanın yeni baş naziri Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. Danışıq zamanı ikitərəfli münasibətlər müzakirə edilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Yerevandakı vəziyyət də müzakirə olunub.
Bununla yanaşı Rusiya prezidenti baş nazir vəzifəsinə seçilməsi münasibətilə Serj Sarkisyanı bir daha təbrik edib.
Xatırladaq ki, Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz hərəkatı başlayıb.
Parlamentin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib. Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB