MSK-nın mətbuat xidməti: “115 nömrəli “qaynar xətt”ə 75 müraciət daxil olub”

MSK-nın mətbuat xidməti: “115 nömrəli “qaynar xətt”ə 75 müraciət daxil olub”
"115 nömrəli "qaynar xətt"ə indiyə kimi 75 müraciət daxil olub". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti texniki məsələlərlə bağlı olub: "Müraciətlərin əksəriyyəti seçici siyahıları ilə bağlı olub və ya seçki məntəqlərinin ünvanını öyrənmək məqsədi daşıyıb. Müraciətlərin bir neçəsi də müşahidəçilərin yol verdikləri qanun pozuntuları ilə əlaqədar olub". Azər Sarıyevin sözlərinə görə, müşahidəçilərin bəziləri seçicilərin vəsiqələrini yoxlamaq istəyiblər, bəziləri də seçki məntəqəsi üzvlərinin yanında əyləşmək istəyərək vəzifə səlahiyyətlərini aşıb. O bütün bu halların qarşısının tez bir zamanda alındığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə