Ombudsman: “Bir sıra müşahidəçilər seçki prosesi zamanı tam hazırlıqlı deyildilər"
Ombudsman Elmira Süleymanova Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində seçkilərlə bağlı jurnalistlərə açıqlama verib. SİA-nın xəbərinə görə, o bildirib ki, gün ərzində Ombudsman Aparatına ciddi şikayət daxil olmayıb: "Məntəqələrin birində müşahidəçilərlə bağlı şikayət olub, digərində bir nəfərin 2 seçki bülletenin seçki qutusuna atması qeydə alınıb. Elə hallar olub ki, yerli müşahidəçilər beynəlxalq müşahidəçilərə pozuntularla bağlı məlumat versə də sonradan özləri də bunu inkar ediblər".
Seçkilər zamanı pozuntuların mümkünlüyünü dilə gətirən ombudsman vurğulayıb ki, seçki elə bir prosesdir ki, burada müxtəlif maraqlar toqquşur və hər kəs müxtəlif üsullarla uğur qazanmağa çalışır. Bir sıra seçki məntəqələrində müşahidəçilərin vəzifə səlahiyyətlərini aşmaları ilə bağlı gələn xəbərlərə toxunan E.Süleymanova qeyd edib ki, müşahidəçilər üçün müxtəlif treninqlər keçirilməsi, onlar üçün yaddaş kitabçalarının hazırlanmasına baxmayaraq bir sıra müşahidəçilər tam hazırlıqlı deyildilər.
"Bir sıra müşahidəçilər istəyirlər ki, seçki məntəqəsinə gələn seçicilərin şəxsiyyət vəsiqələrini də özləri yoxlasınlar. Halbuki bunu müşahidəçilər etməməlidir. Nə qədər treninqlər keçirilsə də seçkilərlə bağlı informasiyalılığı kütləviliyə çevirmək çətindir. Biz Ombudsman Aparatı olaraq müşahidəçilər üçün, eyni zamanda aşağı dairə seçki komissiyası üzvləri üçün yay ayları ərzində 28 seminar keçirmişik", - deyə o əlavə edib.
E.Süleymanova bildirib ki, O, 4 saylı qadın təcridxanasında olub, seçkilərin keçirilmə prosesi ilə maraqlanıb. O həmçinin həmin təcridxananın yaxınlığında yeləşən uşaq tərbiyə evində olduğunu və burada 18 yaşı ötmüş 12 nəfərin səsvermədə iştirak etdiyini söyləyib. Ombudsman qeyd edib ki, onlardan biri bu il ilk dəfə səs verib.
Ombudsman sonda qeyd edib ki, aparata müraciətlər adətən seçkinin sonrakı günü daxil olmağa başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB