Saat 19:00-a olan məlumata əsasən, elektron səsvermədə 25 442 nəfər iştirak edib. Bu barədə SİA-ya "Parlament -2010" seçki monitorinqi koalisiyasından xəbər verilib.
Qeyd edək ki, Parlament -2010" seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB