Ramiz Mehdiyev: "Bu gün həqiqətən çox sakit, normal seçki keçirilir" - MÜNASİBƏT
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib. SİA-nı xəbərinə görə, administrasiyanın rəhbəri R.Mehdiyev jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, seçkilər sabit və sakit şəraitdə keçir. Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını bildirən R.Mehdiyev qeyd edib ki: "Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir".
Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran akademik R.Mehdiyev: "Nəticələr keyfiyyətcə daha yüksək olacaqdır. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaqdır. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir"- deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB