Elektron səsvermədə iştirak edənlərin sayı 23 300 nəfər çatıb

Elektron səsvermədə iştirak edənlərin sayı 23 300 nəfər çatıb
Saat 18:00-a olan məlumata görə, elektron səsvermədə iştirak edənlərin sayı 23 300 nəfər çatıb. Bu barədə SİA-ya elektron səsverməni təşkil edən "Parlament -2010" seçki monitorinqi koalisiyasından məlumat verilib.

Qeyd edək ki, Parlament -2010" seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə