Saat 17.00-a olan məlumata görə Gəncə şəhəri üzrə seçici fəallığı 40 faizdən artıqdır
SİA-nın bölgə müxbirinin dairə seçki komissiyalarından (DSK) əldə etdiyi məlumata görə, saat 17.00-a qədər Gəncə şəhərində seçici fəallığı 40 faizdən artıqdır.
Belə ki, 37 saylı DSK üzrə 14.119 nəfər səs verib ki, bu da seçicilərin 40 faizini təşkil edib. 38 saylı DSK üzrə 13. 972 nəfər səs verib. Başqa sözlə desək 41,12 faiz prosesə qatılıb.
Bundan əlavə 39 saylı DSK-dan 41 faiz, yəni 16.145 nəfər seçkidə iştirak edib. 40 saylı dairədən isə 15. 566 seçici səs verib ki, bu da 38, 29 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB