MDB-dən olan müşahidəçi: “73 saylı Lənkəran şəhər seçki dairəsində seçki prosesi qanunauyğun aparılır”

MDB-dən olan müşahidəçi: “73 saylı Lənkəran şəhər seçki dairəsində seçki prosesi qanunauyğun aparılır”

Saat 16.00-a olan məlumata görə 73 saylı Lənkəran şəhər dairəsi üzrə 33 min 472 seçicidən 9 min 489 nəfəri, 28,7 faizi səsvermədə iştirak edib. Bu barədə məlumatı SİA-nın cənub bürosuna DSK-nın sədri Kərim Heydərov verib.

Onun sözlərinə görə, dairənin 10 məntəqəsində veb- kameralar quraşdırılıb. Dairə üzrə 180 nəfər yerli müşühidəçi il yanaşı, ATƏT-in 4, MDB-nin 2 müşahidəçisi dairənin məntəqələrində seçki prosesini izləyənlər arasındadır.

Dairə üzrə "ELS" exit-poll həyata keçirir.

MDB-dən olan müşahidəçi Aleksandr Raskolski seçki prosesinin açılışını izlədiyini və hər şeyin qanuna müvafiq aparıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə