Rusiya MSK-sının üzvü: “Azərbaycanda seçki həm yaxşı təşkil olunub, həm də seçki məntəqələri tərtibat baxımından tələblərə cavab verir”

Rusiya MSK-sının üzvü: “Azərbaycanda seçki həm yaxşı təşkil olunub, həm də seçki məntəqələri tərtibat baxımından tələblərə cavab verir”
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü, MDB müşahidə missiyasının üzvü Yelena Dubrovina seçkilərin gedişatı ilə bağlı "Seçkilər" İnformasiya Mərkəzində jurnalistlərə açıqlama verib. SİA-nın xəbərinə görə, o bildirib ki, Azərbaycanda həm seçki yaxşı təşkil olunub, həm də seçki məntəqələri tərtibat baxımından tələblərə cavab verir. Onun sözlərinə görə, müşahidəçilərin sayı kifayət qədərdir və qayda pozuntuları ilə bağlı şikayətlər demək olar ki, yoxdur. O vurğulayıb ki, olsa belə, bunlar seçkilərin nəticəsində ciddi qanun pozuntuları hesab edilə bilməz.

İndiyə kimi seçki məntəqəsində və bir neçə partiyanın seçki qərargahında olan müşahidə missiyasının üzvü həmçinin bildirib ki, Rusiya ilə müqayisədə Azərbaycanda təbliğat materiallarına daha az rast gəlinib: "Bəzi namizədlər haqqında məlumat çox az olub və ya olmayıb. Bu da ki, seçicilər üçün namizədləri seçən zaman çətinlik yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə