Hollandiya parlamentinin üzvü: “Ümid edirik ki, bu seçkilər Azərbaycanı daha irəliyə aparacaq” - MÜNASİBƏT
Bu vaxta kimi seçicilər seçki məntəqlərinə normal şəkildə gedərək səs veriblər. SİA-nın xəbərinə görə, bu barədə "Seçkilər" İnformasiya Mərkəzinə gələn Hollandiya parlamentinin üzvü Coşğun Gölüz deyib. O, 3 seçki məntəqəsində olduqlarını və bundan sonra daha 3-də olacaqlarını deyib. C.Gölüz bildirib ki, indiəyədək hər şey normaldır: "Ümid edirik ki, bu seçkilər Azərbaycanı daha irəliyə aparacaq. Gözləmirdik ki, seçki məntəqlərində bu qədər müşahidəçi olacaq".
Beynəlxalq müşahidəçi parlament seçkilərinin demokratik, şəffaf keçdiyini xüsusi olaraq vurğulayıb və bu halın nəticələrə böyük təsiri olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB