Prezident İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasiminə qatılıb
Prezident İlham Əliyev təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasiminə qatılıb. SİA-nın xəbərinə görə, vida mərasimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) keçirilib. Mərasimdə həmçinin hərbçilər, xeyli sayda mülki şəxs də iştirak edib.
Ötən gün ölkəmizə qaytarılan hər iki hərbçinin meyiti bu gün saat 12.00-da morqdan götürülərək "Təzə Pir" məscidinə aparılıb. Meyitlər orada dini adət-ənənə ilə dəfn üçün hazırlanıb. Şəhidlərin II Şəhidlər xiyabanında dəfn olunacaqları bildirilir.
Qeyd edək ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.
Xatırladaq ki, hər iki hərbçinin meytləri Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində geri qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB