YAP 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsinə baş verənlərlə bağlı məlumat yayıb

YAP 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsinə baş verənlərlə bağlı məlumat yayıb
Deputatlığa namizəd Pənah Hüseynin qızı Aybəniz Hüseyn saat 15.15 radələrində 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək səsvermə prosesini pozmağa yönəlmiş kobud qanun pozuntularına yol verib, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməyib. Bu barədə SİA-ya Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Hətta deputatlığa namizədin özü – Pənah Hüseyn də səsverməyə gələn seçicilərlə kobud davranmağı özünə ar bilməyib. Lakin bütün bunlara baxmayaraq, 7 noyabr parlament seçkilərinin gedişini izləyən AXCP - Müsavat blokunun müşahidəçilərinin bir qismi yuxarıların mövqeyinin əksinə gedərək, haqq səsinə səs vermiş, səsvermə prosesində qanun pozuntusuna yol verilmədiyini və seçkilərin gedişindən razı qaldıqlarını etiraf ediblər.

Belə ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 2 saylı MnSK-nın Müsavat partiyasından olan üzvü Adil Məmmədov seçkinin gedişindən razılığını gizlətməyərək bildirib ki, səsvermənin keçirilməsi üçün normal şərait yaradılıb: "Səsvermə prosesində hər hansı qanun pozuntusuna rast gəlinməyib. İnsanlar öz mövqeyini sərbəst şəkildə ifadə edirlər".

Nərimanov birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində müşahidə aparan "AXCP-Müsavat" seçki blokunun nümayəndəsi Rübabə Fleydanlı isə deyib ki, Müşahidələrimə əsasən deyə bilərəm ki, proses normal gedir. İnanıram ki, 19 saylı seçki dairəsi üzrə insanların etimad göstərdiyi şəxs seçiləcək. 125 saylı seçki dairəsinin 4 saylı məntəqə seçki komissiyasında müşahidə aparan "AXCP-Müsavat" seçki blokunun nümayəndəsi Əbülfəz Sadıqov da öz növbəsində səsvermə prosesinin normal şəkildə keçdiyini bildirib. O, deyib ki, seçki məntəqəsi qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir: "Səsvermə ilə bağlı heç bir pozuntu qeydə almamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə