Saat 15:00-a olan məlumata görə, respublika üzrə 1 milyon 877 min 517 nəfər səs verib

Saat 15:00-a olan məlumata görə, respublika üzrə 1 milyon 877 min 517 nəfər səs verib
Saat 15:00-a olan məlumata görə, respublika üzrə seçicilərin 1 milyon 877 min 517 nəfəri səs verib. SİA-nın xəbərinə görə, bu da səsvermə hüququna malik olan seçicilərin 37.96 %-ni təşkil edir.

Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II seçki dairəsi üzrə qeydə alınıb ki, burada seçicilərin 61,29 %-i səsvermə hüququndan istifadə edib. Ən passiv fəallıq isə 22 saylı Nəsimi II seçki dairəsi üzrədir və burada 13,26% seçici səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə