Ağstafa seçiciləri fəallıqları ilə seçilirlər

Ağstafa seçiciləri fəallıqları ilə seçilirlər

Ölkəmizin hər yerində olduğu kimi Ağıstafa rayonunda seçki məntəqələrə müasir texniki avadanlıqlarla təchiz olununb, seçicilərini demokratik şəraitdə səs vermələri üçün imkanlar yaradılıb. Bu gün səhər 8:00-dan dairə üzrə bütün məntəqələrdə səsvermə prosesinə start verilib. Qeyd edək ki, 108 saylı ağstafa seçki dairəsi üzrə olan 39 seçki məntəqəsinin 36-ı mülki, 3-ü hərbi hissələrdə yerləşir.

108 saylı DSK üzrə 41 min 530 seçici var. Dairə üzrə məntəqələrdə keçirilən seçkiləri 298 müşahidəçi müşahidə edir. Bu barədə SİA-ya 108 saylı DSK-nın sədri Teymurlan Eyyubov məlumat verib. Onun bildirdiyinə görə, onlardan 37-i siyasi partiyalardan, 73 nəfəri QHT-lərin müşahidəçiləridir. 188 nəfər yerli müşahidəçi var. Ağstafa şəhər üzrə 1, 2, 3 və 4 saylı seçki məntəqələrində, eləcə də 8 saylı Xətai kəndindəki seçki məntəqəsində veb-kameralar quraşdırılıb. 108 saylı Ağstafa seçki dairəsi üzrə MSK tərəfindən 4 namizəd qeydə alınıb. Seçicilərin sıxlığı 5, 6, 7 saylı seçki məntəqələrində (Dağ Kəsəmən kəndi), 12 saylı Göycəli, 17 saylı Qırlı, 19 saylı Aşağı Kəsəmən, 33 saylı Sadıqlı və 32 saylı Müğanlı kəndlərində müşahidə edilir.

Səsvermənin ilkin nəticələrinə görə dairə üzrə olan 41 min 530 nəfər seçicinin 3588 nəfəri, seçicilərin 8,63%-i artıq səs veriblər. Seçkiləri AVCİA və "Parlament-2010" Seçkiləri Monitoriq koalisyasının müşahidəçiləri izləyirlər.

Həmçinin MDB PA-nın Rusiyadan olan müşahidəçisi Ələddin Quluzadə də bölgədə prosesi izləyir.

108 saylı Ağstafa seçki dairəsinin seçki məntəqlərində "Els" müstəqil Araşdırmalar Mərkəzinin xətti ilə ekzit-poll keçirilir. 108 saylı Ağstafa seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Cəlal Əfəndiyev bildirib ki, səhər saatlarından etibarən məntəqədə səsverməyə gələn seçicilərin fəallığı müşahidə edilir.

Məntəqə üzrə 1475 nəfər seçicinin olduğunu bildirən seçki məntqəsinin sədri səsvermənin ilkin saatlarında artıq məntəqə üzrə 160 nəfər seçicinin səsverdiyini bildirib. 4 saylı seçki məntqəsində səsvermənin gedişini izləyən müşahidəçilər isə prosesin normal və şəffaf keçirildiyini bildiriblər. Bu məntqədə seçkiləri YAP və Ana Vətən partiyaları, eləcə də yerli müşahidəcəsilər müşahidə edir.

YAP-ın 108 saylı Ağstafa DSK-nın 4 saylı seçki məntəqəsindəki müşahidəçisi Bayramov Koroğlu  bildirib ki, səhər saat 8:00-dan, yəni səsverməninin başlandığı vaxtdan seçkiləri müşaşhidə edirəm: "Seçicilərdə aktivlik var. Proses demək olar ki, şəffaf və demokratik şəkildə keçir. Heç bir pozuntu yoxdur. Seçicilər məntəqəyə gələrək normal şəkildə səslərini verib gedirlər".

AVCİA-nın müşahidəçisi Xəlilov Elsevər 108 saylı Ağstafa DSK-nın 4 saylı seçki məntqəsində səhər saatlarından prosesi müşahidə edir: "Seçkilər normal, şəffaf və ədalətli şəkildə keçirilir. Demək olar ki, seçicilər normal şəkildə gəlib öz səslərini verirlər. Heç bir seçiciyə kimə səs verilməsi ilə bağlı müdaxilə yoxdur. Hər bir seçici seçki məntqəsinə gələrək müstəqil şəkildə səsini verib gedir".

"Els"Müstəqil araşdırmalar mərkzəinin intervüyeri Seyidov Pərviz qeyd edib ki, səsverməyə start verildiyi vaxtdan bir seçki məntqəsinin qarşısında alternativ olaraq səslərin sayılmasını həyata keçiririk. Demək olar ki, proses şəffaf gedir. Ən müsbət cəhətlərdən biri odur ki, müraciət etdiyimiz seçicilər məmuniyyətlə ekzit-pollda iştirak edirlər. Artıq biz ilkin məlumatları mərkəzə ötürmüşük. Fəaliyyətimizə heç bir maneə yoxdur.

108 saylı Ağstafa DSK-nın 3 saylı seçki məntqəsində də seçicilərin aktivliyi müşahidə edilir. 3 saylı məntəqədə sədri Fərhad Vəliyev bildirib ki, səhər saatlarından başlayan seçkilər normal və demokratik şəkildə keçirilir. Heç bir qanun pozuntusu qeydə alnmayıb. Seçkiləri siyasi partiyalardan YAP-ın müşahidəçiləri müşahidə edir. Həmçinin prosesi yerli və bitərəf müşahidəçilər də müşahidə edir.

Bitərəf müşahidəçi Hacıyev Şahin 3 saylı məntəqədə səsvermənin başladığı vaxtdan prosesi müşahidə etdiyini bildirib: "Seçicilərin bu məntqədə aktivliyi var. Səhər saatlarında bir qədər az olsa da getdikcə seçicilər çox-çox gəlməyə başlayıblr. Ümumilikdə proses normal və şəffaf gedir. Hansısa müdaxilədən söhbət gedə bilməz. Mən özüm artıq bir neçə saatdır ki, burdayam və roses gözümün qarşısında gedir. Seçicilər öz seçimlərində müstəqildirlər və demək olar ki, sərbəst şəkildə öz seçimlərini edərək səs verirlər".

Məlumat üçün deyək ki, 108 saylı Ağstafa DSK-nın 2 saylı seçki məntəqəsində də seçicilərin aktivliyi müşahidə edildir. 108 saylı Ağstafa DSK-nın sədri Teymurlan Eyyubovun bildirdiyinə görə səsverməjə iştirak edən seçicilərin sayı dəqiqəbədəqiqə artır. DSK sədri ümumilikdə prosesin normal şəkildə getdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə