"ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısı vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön plandan olan suveren dövlətə qarşı təcavüz aktı kimi qələmə verib.
Putin qeyd edib ki, ABŞ-ın Suriya ərazisinə zərbələri ölkədəki humanitar fəlakəti daha da dərinləşdirir və yeni qaçqın dalğasının yaranmasına əsas verir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB