Patrix Paul: "Ümid edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri demokratik şəkildə başa çatacaq"
"Gədəbəy seçki dairəsi üzrə 10-a yaxın seçki məntəqəsində olmuşuq. Hələ ki, qanun pozuntusuna rast gəlinməyib. Xırda çatışmazlıqları nəzərə almasaq, Azərbaycanda keçirilən parlament seçkilərini demokratiyaya doğru növbəti addım kimi dəyərləndirmək olar".
Bu sözləri SİA-ya açıqlamasında 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən parlament seçkilərini müşahidə edən ATƏT-dən olan müşahidəçi Patrix Paul söyləyib.
ATƏT-in müşahidəçisi onu da qeyd edib ki, onlar seçkilərin demokratik şəkildə başa çatacağı ümidindədirlər.
Qeyd edək ki, seçki prosesini seçki məntəqələrində Patrix Paulla birlikdə ATƏT-in digər müşahidəçisi Blemanur Karaçov da izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB