29 saylı Səbail Seçki dairəsinin 6 saylı seçki məntəqəsində 154 nəfər səsvermədə iştirak edib

29 saylı Səbail Seçki dairəsinin 6 saylı seçki məntəqəsində 154 nəfər səsvermədə iştirak edib
29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində qeydiyyatda olan 770 seçicidən 157 nəfəri səsvermədə iştirak edib. Bu barədə SİA-ya məntəqənin sədri Könül Ağamalıyeva məlumat verib. O bildirib ki, məntəqədə 57 müşahidə qeydiyyatdan keçib ki, onlardan 20 nəfəri beynəlxalq müşahidəçidir. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin arasında MDB, ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələr daxildir.

Yerli müşahidəçiləri gəlincə məntəqə sədri söyləyib ki, onlar arasında Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Ümid Partiyası, Demokrafik İslahatlar Partiyasının təmsilşiləri ilə yanaşı QHT nümayəndələri də iştirak edir.

O qeyd edib ki, seçkinin ilk 4 saatına olan məlumatına əsasən məntəqədə heç bir qayda pozuntusu aşkarlanmayıb. Seçicilərin fəallığı normaldır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 29 saylı Səbail Seçki dairəsindən 9 nəfər namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə