Suraxanıda ağır yol qəzası baş verib

Suraxanıda ağır yol qəzası baş verib
Suraxanıdan Qaraçuxura gedən yolda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Vaz-21 06 markalı (AZ H 018 158) avtomobillə "Hyndai" Tucson markalı (AZ 10 BH 533) avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində "Hyndai" markalı avtomobildə baş verən yanğın vətəndaşların köməyi vasitəsilə söndürülüb. Maşındakı 4 nəfərdən ibarət ailə isə ağır yaralanıb. Vaz-21 06 markalı avtomobilin motor hissəsi toqquşma nəticəsində aralanaraq 10 metrə qədər uzağa yuvarlanıb. Sürücüsü ölümcül vəziyyətdə olan avtomobilin benzin bakı deşilib və içərisindəki benzin ətrafa dağılıb. İkinci bir partlayış baş verməsin deyə insanlar benzinin üzərini torpaqla örtməyə çalışırlar. Qəza yerinə gələn 2 təcili tibbi yardım maşını yaralıları xəstaxanaya aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə