Məzahir Pənahov: “Gecədən keçmiş olsa da ilkin məlumatlar mütləq ictimaiyyətə çatdırılacaq”

Məzahir Pənahov: “Gecədən keçmiş olsa da ilkin məlumatlar mütləq ictimaiyyətə çatdırılacaq”
"Axşam saat 19:00-da seçki məntəqələri bağlanacaq, son seçici məntəqəni tərk etdikdən sonra səslərin hesablanması prosesinə başlanılacaq. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, təxminən bir saata yaxın səslər hesablanıb protokollaşana qədər nəticələr bütün məntəqələr üzrə dairə seçki komissiyalarına çatdırlacaq və oradan da birbaşa olaraq MSK-ya göndəriləcək. O ilkin nəticənin dərhal MSK-nın saytında da yerləşdiriləcəyini qeyd edib: "İlk rəqəmlər saat 9:00-dan sonra daxil olmağa başlayacaq. Saat 11:00-a kimi isə dairələrdə təxmini vəziyyət aydınlaşacaq".
Məzahir Pənahov onu da qeyd edib ki, gecədən keçmiş olsa da ilkin məlumatlar mütləq ictimaiyyətə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə