42 sayı Sumqayıt 2-seçki dairəsinin 27 saylı seçki məntəqəsində heç bir qanun pozuntusu aşkar edilməyib

42 sayı Sumqayıt 2-seçki dairəsinin 27 saylı seçki məntəqəsində heç bir qanun pozuntusu aşkar edilməyib
42 sayı Sumqayıt 2-seçki dairəsinin 27 saylı seçki məntəqəsində heç bir qanun pozuntusu faktı aşkar edilməyib. Bu barədə seçki məntəqəsinin sədri Nazilə Əliyeva SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, səsvermə başladığı andan etibarən vətəndaşlar səsvermədə fəal iştirak edirlər və hələ ki heç bir qanun pozuntusuna rast gəlinməyib. Qeyd edək ki, səsvermənin keçirildiyi məntəqədə "exit-poll" xidməti də fəaliyyət göstərir. Seçki məntəqəsində olduğumuz zaman əhalinin "exit-poll"a xüsusi marağını müşahidə etdik.

Bütün xəbərlər Facebook səhifəmizdə