Məzahir Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 12:00-da Milli Məclis üzvlüyünə keçirilən seçkilərlə bağlı səsvermədə iştirak edib. SİA-nın məlumatına görə, o, 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, həmin məntəqə sədri Ziyad Nəbiyevin sözlərinə görə, məntəqədə 1154 seçici qeydiyyata alınıb. O həmçinin bildirib ki, seçici fəallığı yüksəkdir və bu saata kimi 100 nəfər səsvermədə iştirak edib. Ziyad Nəbiyev onu da qeyd edib ki, məntəqədə 19 nəfər müşahidəçi var ki, onlardan da 2-si beynəlxalq müşahidəçilərdir. O bu vaxta kimi məntəqədə heç bir qanun pozuntusunun aşkarlanmadığını da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB