"Mən çox şadam ki, seçki ilə bağlı ciddi hazırlıq işləri görülmüşdü”

"Mən çox şadam ki, seçki ilə bağlı ciddi hazırlıq işləri görülmüşdü”

“Bizim Assambleyanın üzvləri Bakıda bir neçə məntəqədə müşahidə apardılar. Mən çox şadam ki, seçki ilə bağlı ciddi hazırlıq işləri görülmüşdü”. SİA-nın məlumatına görə, bunu prezident seçkilərində Bakıda müşahidə aparan Baltik Assambleyasının prezidenti, Litva parlamenti nümayəndə heyətinin rəhbəri Valerius Simulik deyib.

O, bildirib ki, məntəqələrdə seçici fəallığının şahidi olublar: “Hər kəs azad və sərbəst şəkildə öz namizədinə səs verirdi. Sizin ölkənizdə insanlar seçkilərdə çox fəallıq göstərirlər. Avropa ölkələrində seçici fəallığı buradan az olur. Seçki prosesi tam qanunauyğun keçirildi”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə