TürkPA: “Bu seçkilərdə fəallıq çox yüksək idi”

TürkPA: “Bu seçkilərdə fəallıq çox yüksək idi”

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA xəbər verir ki, çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.

Türkiyənin Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib. “Missiya Azərbaycanda olduğu müddətdə çoxsaylı görüşlər keçirib”-deyə qeyd edən türkiyəli müşahidəçi bildirib ki, bu gün keçirilən seçkiləri o və digər həmkarları yaxından müşahidə ediblər: “Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlər apardıq. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə öz namizədinə səs verirdi”.

Haluk İpek qeyd edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə