Prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatdı Saat 19:00-a olan nəticələr

Prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatdı Saat 19:00-a olan nəticələr

Azərbaycanda prezident seçkilərinin saat 19:00-a olan nəticələri məlum olub. SİA-nın verdiyi məlumata görə, Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74,51 faizi, yəni 3 959 553 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə