39 min 538 seçicisi olan 112 saylı Qax DSK-da 4 namizəd mübarizə aparır. SİA-nın bölgə müxbirinin məlumatına görə, seçicilər 4 nəfər arasından öz namizədinə səs vermək üçün 55 məntəqəyə üz tutublar.
3 saylı məntəqədə də və seçici fəallığı müşahidə edilib. Səhər saat 8.00-dan öz işinə başlayan məntəqədə 100-dən artıq seçici artıq öz namizədinə səs verib və heç bir qanun pozuntusuna yol verilməyib.
42 min 174 seçicinin səs verəcəyi 111 saylı Zaqatala-Balakən DSK-dan verilən məlumata görə, seçicilər 41 məntəqədə öz namizədlərini seçəcəklər. Şəhər 5 saylı seçki məntəqəsində olarkən seçici fəallığının şahidi olduq. Məntəqə sədri Sərxan Əliyevdən aldığımız məlumata görə, seçicilər seçkidə aktivlik nümayiş etdirir. İlk bir saat ərzində yüzlərlə seçici artıq öz namizədinə səs verib. Sözügedən məntəqədə heç bir insident baş verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB