Baş naziri Artur Rasizadə seçkilərdə səs verib

Baş naziri Artur Rasizadə seçkilərdə səs verib
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə seçkilərdə səs verib. Artur Rasizadə səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səsvermədə iştirak edib.

16 saylı Yasamal ikinci seçki dairəsindən SİA-ya verilən xəbərə görə, məntəqədə 1426 seçici qeydiyyata alınıb. Burada seçkiləri 10-dan artıq yerli, habelə beynəlxalq müşahidəçilər qrupu izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə