1-ci Xəzər seçki dairəsinin 15 saylı seçki məntəqəsində 1352 seçici qeydiyyata alınıb
1352 seçici qeydiyyata alınıb. Bunlardan biri ilk dəfə seçkilərdə iştirak edir. Bu sözləri SİA-ya məlumatında 13 saylı 1-ci Xəzər seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Əlisurət Məmmədov bildirib. Saat 10:30-a olan məlumata görə, 100 nəfər seçici səs verib. Məntəqədə beynəlxalq müşahidəçilərdən Rusiyadan Valeriy Kodaxov, Fransadan Pietro Marçeloro, Jean-Kloude Aliginonn iştirak edirlər. Müşahidəçilər seçki zamanı qanun pozuntusu ilə qarşılaşmadıqlarını, hələ ki, hər şeyin qaydasında olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB