Prezident İlham Əliyev 29 saylı Səbail seçki dairəsində səs verib

Prezident İlham Əliyev 29 saylı Səbail seçki dairəsində səs verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisə keçirilən seçkilərlə bağlı səsvermədə iştirak edib. SİA-nın xəbərinə görə, ölkə başçısı ailə üzvləri ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Milli Məclisə seçkilər keçirilir. Bu seçkilərdə 4 milyon 496 min 598 nəfərin konstitusiya ilə təsbit olunan seçib-seçilmək hüququndan istifadə edəcək. Bu proses 125 seçki dairəsi üzrə 5 314 seçki məntəqəsində keçiriləcək. 125 deputat yeri uğrunda 690 nəfər mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə