AVCİYA müşahidəçiləri problemlə üzləşiblər

AVCİYA müşahidəçiləri problemlə üzləşiblər
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının müşahidəçiləri səsverməni izləməkdə problemlə üzləşiblər. Bu barədə SİA-ya AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, qurumun müşahidəçiləri bu faktı 57 saylı Kürdəmir Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində aşkarlayıblar. M.Zülfüqarlı Bakı şəhəri üzrə bir çox məntəqə sədrlərinin müşahidəçilərə seçki prosesini izləməkdə problemlər yaratdığını da bildirib. O vurğulayıb ki, bəzi məntəqə sədrləri məlumatsız şəxslərdən təyin olunub: "Bizim müşahidəçilər MSK-da qeydiyyatdan keçdiyi halda, həmin müşahidəçilərə məntəqə sədrləri irad tuturlar ki, DSK-da qeydiyyatdan keçsinlər. DSK-ların müdaxiləsindən sonra problem həllini tapıb".

Qeyd edək ki, AVCİYA Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 106 dairə üzrə 4400 məntəqədə müşahidə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə