“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 1180 seçki məntəqəsində “exit-poll” keçirir
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə seçkilərdə "exit-poll" tədqiqatı həyata keçirir. SİA-ya "ELS"-dən verilən məlumata görə, 118 seçki dairəsi üzrə 1180 məntəqədə artıq "exit-poll"un keçirilməsinə başlanılıb.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində "exit-poll" həyata keçirən yeganə təşkilatdır. Mərkəzi Seçki Komissiyası mərkəzin bu dəfəki seçkidə müasir informasiya kommunikasiya texnologiyalarına geniş yer ayırdığını nəzərə alaraq onu qeydə alıb. Mərkəzdən verilən məlumata görə, yerli və xarici kütləvi informasiya vasitələrinin "exit-poll"a marağını nəzərə alaraq gün ərzində tez-tez tədqiqatla bağlı informasiyalar veriləcək.
Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "exit-poll" tədqiqatını həyata keçirib. Mərkəzin "exit-poll" tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB