Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev səsvermə prosesində iştirak edib. SİA-nın xəbərinə görə, DSX rəisi 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verib.

21 saylı seçki məntəqəsinin sədri Gülnaz Mehdizadə bildiirb ki, burada exit-poll yoxdur, veb-kamera quraşdırılmayıb, lakin ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur: "Bu məntəqədə seçkiləri izləmək üçün 15 müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, MSK-nın monitorinq qrupu, AVCİYA burada seçki prosesini izləyir. Bu seçki məntəqəsində 1274 seçicinin səsveürməsi gözlənilir. Seçkidə heç bir qayda pozuntusu aşkarlanmayıb. Əhalinin seçkilərə axını normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə